“Qarabağ”a sahib dursaydıq…

Cabir Turan Cəfərbəyli

Xəbəriniz olmamış olmaz, Avstriyada “Qarabağ-Vyana”adı klub fəaliyyət göstərirdi.Bəli, artıq “di”oldu. Bu klubu misirli iş adamı alıb və adını “Mauerverk” kimi dəyişərək Şərq Regional Liqasında çıxışını bu adla davam etdirməyi daha uyğun hesab edib. Ola bilər, bu bir ərəbdir,necə istəyir elə də edər.

Sözüm bundadır ki,hər il ölkəmizdə gic-gic layihələrə pullar xərclənir,ölkə xaricində bir “meşok” milyarder azərbaycanlı var. O gic-gic “Formula-1”-dənsə bu “Qarabağ-Vyana”ya sponsorluq daha vacib deyilmidir? o xaricdəki bir “meşok” oliqarxlarımız bu kluba sponsorluq edə bilməzdimi?

PS:Bir neçə il bundan əvvəl “Hafka”ləqəbli Hafiz Məmmədov Fransanın “Lans” klubuna almışdı,necə almışdı,hansı pulla almışdı,bu başqa məsələ.”Hafka” müflis ediləndən sonra onun bütün varidatına sahiblənənlər “Lans”klubuna da sahiblənə bilməzdilərmi?

Sozcu.az