“Qarabağ” Türkiyəyə yollanıb

Avropa Liqasının IV turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

Sozcu.az-ın məlumatına görə, Azərbaycan çempionunu İstanbula aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxıb.

Bu gün baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq, həmçinin komanda Bakı vaxtı ilə saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Facebook Comments