“Qarabağ” – “Sevilya” oyununa 100 manatlıq biletlər

“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya “Sevilya”sını qəbul edəcək.

Sözcü.az xəbər verir ki, artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.

Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

Komanda.az