Qarabağ savaşının gerçək üzü nədir

Yasəmən Qaraqoyunlu

Avstraliya vətəndaşı Brenton Tarrantın hadisədən öncə yazdığı 70 səhifəlik manifest Qərbin-Xristianlığın çağdaş Xaçlı savaşlarının manifestidir. Qərb-Xristian-Yəhudi dünyası demoqrafik və elmi texnoloji yüksəliş çağına qədəm qoyan islam və Buddist dünyasını Qərb siviliazsiyasına qarşı təhdid kimi alqılayır və bu təhdidi zəiflətmək, yox etmək məqsədilə iki cəbhədə savaşır.

1. İslam sivilizasiyasını zəiflətmək, əhali artımının qarşısını almaq və İslam coğrafiyasını işğal etmək, daraltmaq. Xristianlığın və Qərb sivilizasiya dəyərlərinin bütün dünyaya və başqa mədəniyyətlərə zorla qəbul etdirilməsinə çalışmaq. Dünyanı Qərb mədəniyyəti çərçivəsində homojenləşdirmək, standartlaşdırmaq.

2. Hindistan-Pakistan-Çin arası dünyada(Hind-Çin) sürətlə artan əhalinin demoqrafik partlayışının və iqtisadi-texnoloji yüksəkliyinin qarşısını almaq. Bu məqsədlə Hindistan-Pakistan-Çin arası coğrafiyalarda və bu ölkələrin içərilərində savaş və soyqırım siyasətlərinin həyata keçirilməsi planları gündəmə gəlməkdədir.
Qərb-Xristian dünyasının İslam sivilizasiyasına yönəlik iki əsas məqsədi var.

1.Qüdsü Müsəlmanlardan təmizləmək və Yəhudi -xristian (İncil,Bibliya) dünyasının baş şəhərlərindən birinə çevirmək.

2. İstanbulu almaq. Ayasofyanı Xristian məbədinə çevirmək, Bizansı bərpa etmək. Bu məqsədlə Türk-Müsəlmanları Anadolu və Qafqaz coğrafiyasından təmizləmək. Ermənistanın yaradılması və genişlənməsi də bu məqsədin bir parçası.

Bu savaş Şərq-Qərb, Xristian-İslam savaşıdır. Kiber savaşdır, medya savaşıdır, mədəniyyətlər və dinlər savaşıdır. Qərb sivilizasiyalarının başqa sivilizasiyalara qarşı soyqırım savaşıdır. Qərb bu savaşda çox təcrübəlidir. Peru və Meksika sivilizasiyalarını tamamilə yer üzündən sildi və bu sivilizasiya təmsilçilərini-milyonlarla insanı qətl etdi, Afrika qitəsini, afrikalıları qula çevirdi, İslam-Türk sivilizasiyasını müstəmləkəyə uğratdı. Öldürdü, böldü, parçaladı.

Nə yazıqlar ki, Qərb-xristian dünyası birləşmişdir, vahid yumruq kimidir, hücum edir, öldürür, talan edir, soyqırıma uğradır. NATO kimi təşkilatı var. Nə yazıqlar ki, qarşımıza demokratiya və insan haqlarının müdafiəçisi kimi çıxan bu qatilə -bizim qatilimizə içimizdə, ruhumuzda bir heyranlıq duyğusu bəsləyirik. Nə yazıqlar ki, bu Qatil demokrat və insan haqlarının müdafiəçisi obrazında gözümüzə görünməkdədir.

300 ildir Qərbin müstəmləkəsi olmuş Şərq İslam dünyası isə param parça. Bir -biri ilə məzhəb və etnik çatışmalar, demokratiya və ya diktatura çatışmaları etməkdədir.
Şərq-İslam dünyası anlamır ki, 1.5 milyard müsəlman Şərqlinin soyqırıma uğradılması və sayının azaldılması NATO-nun əsas məqsədidır. Şərq-İslam dünyasının hərbi bloku-NATO-su yoxdur, mərkəzi müdafiəçi dövləti yoxdur, ortaq maraqları və platformaları , stratejiləri yoxdur.

Qərb mərkəzli mediyada Şərq-İslam dünyası geriliyin, barbarlığın, terrorizmin, Qərb-Xristian dünyası irəliçiliyin, yüksək inkişafın, tərəqqinin simvolu kimi təbliğ edilir.

Belə…savaş bitməyəcək. Erməni və Qarabağ sorununa bu aspektdən baxıb hansı savaşın içində olduğumuzu aydın dərk etməliyik.