“Qarabağ” qrupdan çıxmağa layiq idi” – Lopeteqi

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasında “Qarabağ”ı məğlub etdikləri oyundan (2:0) sonra fikirlərini bildirib.

Sozcu.az xəbər verir ki, ispan mütəxəssis “Qarabağ”ın qrupdan çıxmağa layiq olduğunu deyib:

“Qarabağ”ın 5 müdafiəçiylə oynamasını gözləmirdik. Bizim üçün təəccüblü oldu. Komandanın daha hücuma yönəlik çıxış edəcəyini düşünürdüm. Müdafiədə az səhvə yol verdilər, amma hücumda da şansları az oldu. Halbuki, daha hücumameylli oynayacaqlarını gözləyirdik. Müdafiədə az səhvə yol verdilər, hücum şansları da az oldu. “Qarabağ” neçə ildir Avropada çıxış edir, öz çempionatlarında da bütün komandalardan 2 baş üstündür. Bu səbəbdən də Avropada inamlı çıxış edirlər. Onların “Atletiko” ilə oyunları da yadımdadır. İnanıram ki, “Qarabağ” qrupdan çıxmağa layiq idi”.(Komanda.az)

Facebook Comments