Qarabağ qazisinin evi təmir edilir -FOTOLAR

Sozcu.az saytının gündəmə gətirdiyi Qarabağ qazisi Təhməz Həbilovun yaşadığı ev təmir edilir.
Ağdaş rayonunun Qaraoğlan kənd sakini olan Qarabağ qazisi Təhməz Həbibovun yaşadığı ev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş Rayon Şöbəsi tərəfindən təmir edilir. Bu barədə Sozcu.az-a Qarababağ Azadlıq Təşkilatının (QAT) Ali Məclis üzvü Elşən Əlisoy məlumat verərək bildirib: “Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının tapşırığı ilə Ağdaş rayonunun Qaraoğlan kəndində yaşayan Qarabağ qazisi Təhməz Həbilovun mənzil məsələsinin həll edilib-edilməməsi ilə bağlı Sozcu.az saytının əməkdaşı Anar Rəsullu ilə birlikdə Ağdaş rayonuna getdik. Ağdaş Rayon İcra Hakimiyyətində Hümanitar məsələlərlə əlaqəli olan şöbənin müdiri Qalib Həsənovla görüşüb Qarabağ qazisi Təhməz Həbibovun vəziyyətini çatdırdıq. Qalib Həsənov Qarabağ qazisinin evində təmir işləri aparıldığını deyərək onu da bildirdi ki, qazi üçün yeni mənzil də tikilir, yaxın günlərdə onun ailəsi yeni mənzilə köçəcəklər.”

Elşən Əlisoyun bildiridiyinə görə, İcra hakimiyyətinin əməkdaşının Qarabağ qazisinə yeni mənzil tikilməsi ilə bağlı dediyi söz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon şöbəsinin müdiri Xürrəm Şirinov tərəfindən təkzib edildi: “ İcra hakimiyyətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon şöbəsinə gedərək idarənin müdiri Xürrəm Şirinovla görüşdük. Şörüş əsnasında Qarabağ qazisi üçün tikilən mənzilin nə vaxt hazır olduğunu soruşduqda idarə müdiri ,Təhməz Həbilovun mənzil növbəsinin hələ çatmadığını deyərək onda bu haqda dəqiq məlumatın olmadığını və həmin ailə üçün mənzilin tikilmədiyini bildirdi. Bununla belə Xürrəm Şirinov Qarabağ əlilinin mənzilinin təmiri ilə bağlı əlindən gələni edəcəyini dedi.

Bundan sonra Təhməz Həbilovla görüdüklərini bildiriən Elşən Əlisoyun dediyinə görə qazinin ailəsi onlara yeni mənzil veriləcəyi günü gözləyirlər: “ Mənzilinin təmiri üçün əməyi olan hər kəsə təşəkkür edən Təhməz Həbilov hazırda Ağdaş rayonunda şəhid ailələri və Qarabağ qaziləri üçün tikilən mənzillərdən onun ailəsinə də verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova müraciət etdiyini bildirərək, müraciətinin müsbət nəticələnəcəyinə ümid etdiyini bildirdi”.

Anar Rəsullu

 

 

 

Facebook Comments