Qarabağ qazisi avtomobil qəzasında həlak oldu – FOTO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi “Naz Lifan” markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub. Faktla bağlı araşdırma aparılır.Report

Facebook Comments