“Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur” — İlham Əliyev

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.

Sozcu.az-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.(Demokrat.az)