Qarabağ müharibəsi veterenları da ayda 190 manat almalıdır – TƏKLİF

“Bütün aylıq sosial müavinətlər üzrə ödənişlər 190 manata çatdırılsın, bununla da mövcud sosial ədalətsizlik aradan qaldırılsın”.

Sozcu.az-ın xəbərinə görə, bu təkliflə iqtisadçı Qubad İbadoğlu çıxış edib.

“Azərbaycanda əksəiyyəti işsiz olan Qarabağ müharibəsi veterenları ayda 80 manat müavinət alırlar. Onları hakimiyyət hazırkı qaydalara görə, işsizliyə görə 190 manat müavinət almağa uyğun hesab etməyib və bunu onunla izah edir ki, dövlətdən 80 yardım alırlar. Baxın, Qarabağ müharibəsinə gedən və bu gün işsizlikdən əziyyət çəkənlər dövət 80 manat verir, amma sadəcə işsiz olanlara 190 manat. Mən demirəm ki, niyə işsizə 190 manat verirlər, amma demək istəyirəm bü gün həmin işsizlik müavinətini işsiz olan Qarabağ müharibəsi veteranları da almalıdır. Odur ki, təklif edirəm ki, bütün müavinət alanların ödənişləri pandemiya dövründə müddətli olaraq 190 manata çatdırılsın, o sırada da hər bir Qarabağ müharibəsi veteranının müavinətinə 110 manat əlavə edilməklə mövcud sosial ədalətsiz aradan qaldırılsın” – Q.İbadoğlu qeyd edib.

Facebook Comments