Qarabağ konfliktinin Qafqaza təsiri – KTMT-dən açıqlama

Dünyadakı və KTMT-nin məsuliyyət zonasındakı hərbi vəziyyət alyansın qəbul etdiyi qərarlara təsirini göstərir.

Sozcu.az xəbər verir ki, bunu KTMT baş katibi öhdəliklərinin müvəqqəti icraçısı Valeri Semerikov deyib.

“Qafqaz istiqamətində Qarabağ konfliktinin həlledilməzliyi, eləcə də NATO-nun Gürcüstan ərazisini hərbi mənimsəməsi prosesi ilə əlaqədar gərginlik saxlanılır. KTMT-ni NATO-nun Şərqi Avropada hərbi təlimlərinin tezliyi narahat edir. KTMT müdafiə nazirləri şurasının Bişkekdəki may iclasında bu təhdidlərin və çağırışların neytrallaşması haqqında qərar qəbul edilib”, – deyə o bildirib.