Qarabağ Komitəsinin mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin mitinqlə bağlı müraciətini cavablandırıb.
Sozcu.az-ın xəbərinə görə, BŞİH-də müraciətə baxılıb, Komitənin martın 16-da Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.