Qarabağ işğalçılarından dünya ermənilərinə çağırış: “Türk mallarını boykot edin!”

12 iyul erməni təxribatları fonunda Türkiyənin Azərbaycana verdiyi dəstək həm Ermənistan, həm də Qarabağdakı ermənilərin ciddi narahatlığını səbəb olub.

Moderator.az xəbər verir ki, Türkiyənin Azərbaycana olan qəti və birmənalı dəstəyini heç cür həzm edə bilməyən Qarabağdakı ermənilər, sosial şəbəkələr vasitəsi ilə dünya ermənilərinə müraciət ünvanlayıb. Müraciətdə dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün ermənilərə Türkiyə istehsalı olan məhsulları almamaq tövsiyyə olunur.

Türkiyəyə nə hərbi, nə diplomatik, nə də iqtsiadi müstəvidə təzyiq göstərmək üçün heç bir rıçaqa malik olmayan işğalçılar, bu yolla Türkiyənin iqtisadi potensialını zəiflətmək niyyətindədir. Lakin işğalçılar unudur ki, Türkiyə qlobal səviyyədə nəhəng iqtisadi güqcə malik bir dövlətdir və bütün dünya erməniləri türk məhsullarından imtina etsə belə, bu, türk iqtisadiyyatı üçün heç bir anlam ifadə etməyəcək. Məşhur Azərbaycan məsəlində deyildiyi kimi: “Yel qayadan heç nə aparmır”.

Facebook Comments