Qarabağ əlilləri və şəhid ailələri  mənzillərinə çıxarış ala bilmirlər

Əlil- şəhid ailələrinə verilən evlər “xidmətisığınacaq”dır?

Əlil -şəhid ailələrinin mənzil təminatını ƏƏSMN -də kök salmış bir qrup məmurun alver predmetinəçevirməsindən , Bakıda yaşayan mənzilə ehtiyacı olanların Abşeronun kəndlərində və digər ucqar yerlərdə mənzillə təmin olunmalarıqanunsuzluğundan, Bakıda tikilən evlərin qanunsuz, ədalətsiz bölgüsündən çox yazılıb. Elə 6 ay qabaq Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin 96mənzilinin 80 faizinin qapısı hələ də bağlıdır və yiyələrinin kimliyini heç hüquq mühafizə orqanları da araşdırmaq istəmir. Həmin evin qanunsuz bölgüsü bir yana, tikinti normalarına uyğun inşa edilmədiyi də faktdır. Binaya qaz xətti çəkilməyib, eyvanların hündürlüyü təhlükəli həddə kiçikdir. Artıq bu anormallıq faciəyə də gətirib :10-12 yaşlı qız uşağı 8-ci mərtəbədən yıxılıb ölüb.

Abşeronun Məhəmmədi kəndi, “Göy Qurşağı” yaşayış kompleksində mənzil “yiyəsi” olan əlil və şəhid ailələri isə Bakıdan uzaq düşmələri bir yana , heç mənzillərinə qeydiyyat çıxarışı ilə yiyələnə də bilmirlər. Hətta 5 illik “satış limiti”ni, qadağasını başa vuran mənzillərə də, el dilində desək, “kupça” verilməsindən imtina edilir. Niyə? Belə çıxır, mənzillər Qarabağ əlillərinə, şəhid ailələrinə müvəqqəti,  “xidməti sığınacaq” kimi verilib? Bu da qaçqın-köçkünlərə verilən ev deyil ki, Qarabağ “qaytarılana” kimi sənədləşdirilməsin! Hər halda, vətəndaşın öz evinin, əmlakının qanuni yiyəsi ola bilməməsi Konstitusiyaya ziddir. Axı, əlil, şəhid ailələri öz əmlaklarından istədikləri kimi yararlana bilmirlər !

Ümid edirik ki, bağlantılı qurumlar əlil və şəhid ailələrinin “xidməti sığınacaq”lardanqeydiyyat çıxarışı özəl mənzillərə “köçmələrini” təmin edəcəklər.

Abşeron rayonu, Məhəmmədi kəndi, “Göy Qurşağı” yaşayış massivinin əlil -şəhid ailələrinin bir qrupu  (imza vərəqi əlavə olunur )

İsgəndərli Mahmud

Abbasov Hüseynbala

Cəfərov Rövşən və başqaları,  30 imza

 

Facebook Comments