“Qarabağ” APEL səddini keçsə… – potensial rəqiblər

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Sozcu.az-ın, Ağdam təmsilçisi III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki,avqustun 5-i keçiriləcək püşkatmada “Qarabağ” nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcək:

Səpələnmişlər

ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – “Qarabağ” cütünün qalibi
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün qalibi.(Qol.az)