“Qara qutu” səs yazmaqdan ötrüdür

Məğrur Bədəlsoy

Şəhid pilotumuzla bağlı qaranlıqları “qara qutu” da ağarda bilmədi. Müdafiə naziri isə “qara qutu”nun pilotun səsini yazmadığınıbildirib. Bəs belədirsə, sözügedən qutu nədən ötrüdür? Savaş uçağındaçox hallarda tək uçan pilotun deyil, bəs kimin səsi yazılır?

“Qara qutu”nun yaranma ideyası fransız alimləriFrançoisHüssenot və PaulBeauduinin1939 -cu ilə aid ideyası olsa da, ilk qutular 1960-cı ildə Avstraliya uçaqlarında tətbiq olunub. “Qara qutu” gerçəkdə qara yox, narıncı və qırmızı boyalı olur. Bu da onların qəzadan sonra axtarıb tapılmasınınasanlaşdırılmasıamacı güdür. Qutunun “qara” adlandırılması isə “qara soraq”la bağlıdır. Ötən yüzilin 53 -cü ilində Böyük Britaniya uçağının qəzaya uğraması ilə çoxsaylı insan ölümü qəzaların başvermə səbəbini öyrənmək üçün içində səs yazan maqnit lenti olan oda-yanğına davamlı, uçağınquyruq hissəsində yerləşdirilənsilindr formasında qutuların hazırlanmasını zəruri edib. Həmin qəzanın başvermə səbəbinin araşdırılmasında iştirak edən Avstraliya ekspertləri sözügedən qutuları tətbiq ediblər. Bu qutularo qədər davamlı olur ki , qəzadan 7 il sonra da tapılıb dinlənilməsihalı qeydə alınıb  “Qara qutu”nunbaşlıca funksiyası elə səsləri yazmaqdır. Uzağa niyə gedək, 4 il qabaq Misirdə qəzaya uğrayan Rusiya uçağınındinlənilməsiçağı qıraq səsin eşidilməsi haqqında informasiya 2015-ci ilin press-relizlərində əks olunub.

Bir sözlə, “qara qutu”nunşəhid pilotumuzun səsini yazmaması sirr olaraq qalır. ..