“Qalmaqal etmirik deyə, deyirlər, əxlaqsızıq”

“Eurovision 2011” qalibi Eldar Qasımov sosial şəbəkədə yazdığı şərhlə marağa səbəb olub.
Sozcu.az-ın məlumatına görə, müğənni həmkarı Nigar Camalın sevgi etirafı ilə bağlı paylaşımına fikir bildirib. O, Nigarı süni qalmaqal etməyə çağırıb.

Sənətçi “Nə deyirsən orda? Gəl, qalmaqal edək. Etmirik, ona görə də deyirlər, əxlaqsızıq. Səni əsir edəcəm” sözlərini şərh bölümündə yazıb.

Müğənnilər bir-birinin ünvanına zarafatla “Səsini kəs, ləçər. Kimsən sən?” sözlərini qeyd ediblər.(Axşam.az)