“Qalatasaray” çempion oldu!

 Türkiyə Super Liqasında 2018-2019 mövsümünün qalibi bəlli olub.

Sozcu.az  xəbər verir ki, 33-cü turun mərkəzi görüşündə lider “Qalatasaray” ən yaxın izləyicisi “Başakşəhər”i qəbul edib.Qalib gələnin çempion olacağı matçda  “sarı-qırmızılar” qələbə qazanaraq çempionluğunu elan edib. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda əzmkar qələbə əldə edən “Qalatasaray” sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. İstanbul klubu tarixində 22-ci dəfə Türkiyə çempionu olub.

Qalatasaray – Başakşəhər 2:1
Qol: Fequli, 47. Onyekuru, 64 – Bayiç, 17.

Türkiyə Super Liqası, 33-cü tur

17 may

Kasımpaşa – Konyaspor 1:1
Qol: Ben Yussef, 56 – Ö.A.Şahiner, 25.

18 may

Antalyaspor – Yeni Malatyaspor 3:0
Qol: H.Alpsoy, 45. M.Erdinc, 55; 65.

Trabzonspor – Beşiktaş 2:1
Qol: F.Novak, 53. Y.Yazıçı, 77 – Kaqava, 74.

19 may

Akhisarspor – Kayserispor 2:2
Qol: Reqattin, 37. Manu, 80 – Kravets, 61. Qyan, 90.

Bursaspor – Göztəpə 0:0

Alanyaspor – Rizəspor 1:1
Qol: Sisse, 12 – Muriqi, 65-pen.

20 may

21:00 Ankaragücü – Sivasspor
21:00 Ərzurumspor – Fənərbaxça