Qadın hüquqları müdafiəçisi Nəsrin Sotudəyə 38 il həbs, 148 qamçı cəzası verilib

Qadın hüquqları müdafiəçisi Nəsrin Sotudəyə 38 il həbs, 148 qamçı cəzası verilib

Tehranda tanınmış insan hüquqlarımüdafiəçisi Nəsrin Sotoudeh 38 il həbsə və 148 şallaq cəzasına məhkum edilib, ailəsi bildirib.

Nəsrin Sotoudeh milli təhlükəsizliklə əlaqədar bir neçə cinayətdə ittham olunsa da o, bunların hamısını rədd edib.

Nəsrin Sotoudeh hicab taxmağı rədd edən qadınların hüquqlarının müdafiəçisi kimi tanınıb.

Hüquq müdafiə qrupları mükafat qazanmış hüquq müdafiəçisinə qarşı “gözlənilməz” hökmü sərt tənqid edib.

“Nəsrin Sotoudeh həyatını qadınların hüquqlarının müdafiəsinə və ölüm cəzasına qarşı mübarizəyə həsr edib”, – Amnesty İnternational təşkilatından Philip Luther bildirib.

“İran hakimiyyətinin onu insan hüquqları işlərinə görə cəzalandırması olduqca acınacaqlıdır”.

İrandakı İnsan Haqları Mərkəzinin məlumatına görə, Nəsrin Sotoudeh-in əri xanımı ilə qısa telefon əlaqəsindən sonra Facebook hesabında onun həbsini təsdiqləyib.

Onun vəkili deyib ki, Nəsrin Sotoudeh dövlətə qarşı məlumat yayılması, İranın ali liderinin təhqir edilməsi və casusluqda ittiham olunub.

O, ötən il İranda saxlanan azı 7 hüquq müdafiəçisindən biridir.

Nəsrin SotoudehFotonun müəllifiAFP/GETTY

Image captionNəsrin Sotoudeh 2013-cü ildə həbsindən əvvəl həyat yoldaşı ilə birlikdə
İyun ayında həbs olunmazdan əvvəl Nəsrin ictimai yerlərdə hicabsız gəzən bir neçə qadını müdafiə etmişdir.

Hicab taxmamağa görə İranda cəza nəzərdə tutulub.

Nəsrin Sotoudeh haqqında iki məhkəmə prosesində doqquz ittiham səsləndirilib. Məhkəmələrdən bir onun iştirakı olmadan baş tutub və nəticədə ona uzun həbs müddəti və şallaq çəzası hökmü çıxarılıb.

Hüquq müdafiəçisi həm də keçmiş siyasi məhbusdur – o, 2010-2013-cü illər arasında təbliğat yayılması və dövlət təhlükəsizliyinə zərər vurmaq ittihamı ilə həbs olunub.

O, bu ittihamları rədd edib və həbsxanada olduğu müddətdə Avropa Parlamenti ona müxalifət fəallarını təmsil etdiyi üçün “Saxarov-Düşüncə Azadlığı” mükafatını verib.(Bastainfo)

Sozcu.az