Qabar dağında şiddətli atışma: Türk ordusu şəhid verdi

Türkiyənin Şırnak rayonunun Qabar dağı bölgəsində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında şiddətli atışma baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, şiddətli atışma zamanı bir əsgər ağır yaralanıb. Helikopterlə Şırnak xəstəxanasına gətirilən əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Bölgədə əməliyyat davam edir. Bir terrorçu zərərsizləşdirilib.(Axar.az)