“Qərbi sevməmək üçün mütləq Rusiyaya yıxılmalıyıq?” – Azər RƏŞİDOĞLU

Azər RƏŞİDOĞLU

Müasir dünya mətbuatında köşə nədir? Köşə, ictimai rəyə hansısa formada təsiri olanların konkret məsələyə konkret münasibətidir. Bu statusu köşə də adlandıra bilərsiniz. Yazmağa yerim yoxdu, bloqumu da blok ediblər, paylaşa bilmirəm, mətbuat üzümə bağlıdır., hər kəs əl quzusu axtarır. Amma demokrasidə çarələr tükənməz. Status yazdım…

Rusiya və İranın Azərbaycana münasibəti həmişə eyni olub. Müstəqil Azərbaycan hər iki ölkə üçün arzuolunmaz amildir. Bakının İsrail və ya Qərbə qucaq açması köməkçi elementdir. Bir məsələni anlamıram. Son Keşikçidağ qalmaqalında İran tərəfdarları Rusiyanın bayrağını qaldırdılar. Yaddaşımız niyə belə zəif oldu – SSRİ dönəmində ruslar məscidlərimizi dağıdıb, ruhanilərimzi güllələyib, ateist cəmiyyət qurublar.Xalq hərəkatı illərində inanclı kəsim öndə idi. Qarabağ savaşında da öndə idi. Nə dəyişdi? Niyə belə olduq? Qərbi sevməmək üçün (Qərbi mən də sevmirəm) mütləq Rusiyaya yıxılmalıyıq?

Vaxtilə, Zerkalo qəzetində təhlil yazmışdım – Kim daha yaxşıdır – şah, yoxsa ayətullah?!. O yazıda şahın (oxu Ameriikanın) İranın əksəriyyətini təşkil edən Azərbaycan türklərinə divan tuttduğunu, 1979-cu il inqilabından sonra vəziyyətin müsbətə doğru dəyişdiyini faktlarla sadalamışdım. Onda da biliridm ki, Tehran və Bakının ulduzları barışmayacaq.

Bu gün İranpərəstlərin Rusiya sevgisinə baxıram və düşünürəm – nə dəyişib? Bir yandan ərəb zehniyyatı, bir yandan fars zehniyyatı, bir yandan milli kimliyə nifrət edən bəzi “müasirlərin” zehniyyatı. Hara gedirik? Bəs, biz? Biz adam deyilik? Biz millət deyilik? Mən Türkiyəni Ərdoğana və yaxud İmamoğluna görə sevmirəm, türk olduğuma görə sevirəm. Minlərlə Ərdoğan və İmamoğlu Türkiyənin bir ovuc torpağı dəyərində belə deyil. Mən İranı Ruhaniyə görə sevmirəm, Təbrizimə görə sevirəm.

P,S. Əks hücuma keçməyə hazırlaşanlara – İsraili heç vaxt sevmədim. ABŞ-da. Ən azı 5 dəfə ABŞ-a pulsuz səfərə dəvət aldım və imtina etdim, çəkmir bu ölkə məni və Vaşinqtonun anti-islam fəaliyyətini daima tənqid etmişəm.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb