“Qələbə qazandığımız üçün xoşbəxtik” – Valverde

İspaniya La Liqasının son turunda “Atletiko”ya 2:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, yaxşı oyun göstərdiklərini deyib:

“Bu, çox əhəmiyyətli 3 xaldır. Qələbə qazandığımız üçün xoşbəxtik. Bu qələbə sayəsində çempionluğa daha da yaxınlaşdıq, amma qəbul etmək lazımdır ki, işimiz hələ bitməyib.

Qarşıda Çempionlar Liqasında çox əhəmiyyətli oyunumuz var, daha sonra “Hueska” ilə görüş haqqında düşünəcəyik. Bütün oyunlarda qalib gəlməyə çalışacağıq, amma ilk növbədə Çempionlar Liqasına köklənməliyik”.(Komanda.az)