Putini təhqir edən jurnalist işdən çıxarıldı

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia işdən çıxarılıb.

Sozcu.az xəbər verir ki, bu barədə kanalın rəhbərliyi qərar qəbul edib. Qabunia iki ay müddətinə vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putin barədə qeyri-etik ifadələr işlədib.