Putindən İdlib açıqlaması: Ərdoğanla razılığa gəldik

Rusiya və Türkiyə İdlibdəki gərginlik problemi ilə bağlı qəbul edilə biləcək həll yolları tapdı.

Sozcu.az xəbər verir ki, bu sözləri Rusia Prezidenti Vladimir Putin türkiyəli həmkarı Ərdoğanla görüşündən sonra açıqlamasında deyib.

“Görüşdən sonra ortaq şəkidə sənəd hazırladıq. Rusiya və Türkiyə İdlibdə terrorizmlə mübarizənin zəiflədilməməsindən əmindir. Suriyadakı böhranın həlli ilə bağlı ümumi bəyannamə hazırlanması ilə bağlı razılığa gəldik”, – deyə Kreml rəhbəri bildirib.

Facebook Comments