Putindən Tokayevə teleqram

Rusiya lideri Vladimir Putin Qasım-Jomart Tokayevə Qazaxıstanda prezident səlahiyyətlərinin icrasına başlamasından dolayı təbrik teleqramı ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilib.

Kreml rəhbəri təbrikində qarşılıqlı səylər nəticəsində iki ölkə arasında əməkdaşlığın daha güclənəcəyindən inamını ifadə edib:

“Rusiyada, dövlətlərimiz arasında strateji tərəfdaşlıq və ittifaqların gücləndirilməsinə, Avrasiya məkanında inteqrasiya proseslərinin təşviqinə böyük şəxsi töhfə verən təcrübəli dövlət adamı kimi tanınırsınız”.

Putin həmçinin Rusiya-Qazaxıstan əməkdaşlığının bütün sahələr üzrə aktual problemlərin önəmli rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, dünən Nursultan Nazarbayevin gözlənilməz istefasından sonra bu gün Tokayev and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.