Putindən qonşu ölkənin iddialarına münasibət: “Bayrağımız enməyəcək”

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında yayımlanan “Vesti v subbotu” proqramının aparıcısı Sergey Brilyovla söhbət zamanı Kuril adalarının Yaponiyaya verilməsi fikrinə münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya lideri belə bir planlarının olmadığını bildirib.

O, əlavə edib ki, adalarda olan Rusiya bayrağı aşağı endirilməyəcək. Bundan əlavə, Putinin sözlərinə görə, Moskva Cənubi Kuril də daxil olmaqla Uzaq Şərq regionunu inkişaf etdirmək niyyətindədir: “Bütün bu proqramlar reallaşdırılacaq. Biz orada infrastrukturu inkişaf etdirəcəyik”.