Putindən Qırğızıstana növbəti jest: 30 miyon dolalr…

Rusiya Qırğızıstana qarşılıqsız şəkildə 30 milyon dollar verəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, bu vəsait dövlət büdcəsinin dəstəklənməsi üçün veriləcək.

O, Moskvanın bu vəsaiti Bişkekin xahişi ilə ayırdığını bildirib.

Qeyd edək ki, 2018-ci ildə Rusiya Qırğızıstanın ona olan bütün borclarını (ümumilikdə 700 milyon dollar) ləğv edib.