Putin generalları istefaya göndərdi

Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarındakı 30-a yaxın general və polkovniki vəzifəsindən azad edib

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” öz mənbəsinə istinadən yayıb.

Xüsusilə vəzifədən Rusiya İstintaq Xidmətinin Krımdakı Baş İstintaq İdarəsinin rəhbəri general-leytenant Mixail Nazarov və Dağıstan İstintaq İdarəsinin rəhbəri general-leytenant Sergey Dubrovinin azad edildiyi vurğulanıb. Dubrovinlə bərabər onun müavini Tuqay Tuqayevin də vəzifədən azad edildiyi qeyd edilib.

Qəzet Dubrovinin istefa haqqında raportu özünün yazdığını bildirib. Bunun Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukov və atası Raulun cinayət işlərinin araşdırılması ilə əlaqədar olduğu vurğulanıb.