Putin Atatürk haqqında elə sözlər dedi ki…

“O, müdhiş bir insan və Rusiyanın ən yaxşı dostu idi”

Mətbuat toplantısında jurnalistlərin ən müxtəlif mövzularla bağlı çoxsaylı suallarını cavablandırıb.

Putinin məlum toplantıda Böyük Mustafa Kamal Atatürklə bağlı suala verdiyi cavab daha çox diqqət çəkib. Putin Atatürkü “müdhiş insan” kimi dəyərləndirib:

“Mustafa Kamal Atatürk türk milləti üçün çoxlu sayda faydalı işlər görən müdhiş bir insan və Rusiyanın ən yaxşı dostu idi”.

Putin Türkiyənin maraq və mənafeyinə də hörmətlə yanaşdıqlarını vurğuladı:

“Türkiyəni maraqlarına hörmət edirik. Türkiyənin müstəqil xarici siyasəti isə məmnunedicidir”.