PUSQUDA DURAN KILICDAROĞLUNUN PLANI:Qurban bayramından sonra Türkiyədə başlanacaq mərəkə

Əbdülqadir Selvi

“Hürriyet”

Artıq siyasətdə saatlar 2023-cü ilin prezident seçkilərinə uyğun qurulur. Əlbəttə, seçkilər 2023-cü ildə keçirilərsə. Diqqət qurulacaq yeni partiyalara və Ərdoğanın onlara qarşı strategiyasına yönəlib. Ancaq sakitcə və dərindən aparılan başqa bir iş var.

AK Partiya və ondan qopma ilə yaranacaq partiyaların nə edəcəyini düşünərkən, sistem 25 il sonra İstanbulu AK Partiyanın əlindən alan Ekrem İmamoğlunun yolunu açır. CHP rəhbəri Kamal Kılıçdaroğlu zərgər həssaslığı ilə yeni dövrün inşaat bloklarını döşəyir.

Bu an deməyimə dəyər: ötən Cümə axşamı və Cümə günlərində bəzi adamlar yuxusuz qalıb. Prezident Ərdoğan qısa tətildən sonra Cümə axşamı Ankaraya qayıdıb. Ərdoğanın tətil zamanı kabinə dəyişikliyi etməsi gözləndiyi üçün 48 saat möhtəşəm hərəkətlilik oldu.

Nazir vəzifələrini gözləyənlər tez-tez cib telefonlarını yoxlayır və xəbər gözləyirdilər. Kabinə dəyişikliyi şayiəsi ilə Ankaranı tərk etməyənlərin ümidləri azaldıqda, tədricən istirahətə qayıtmağa başladılar.

BABACAN MƏQBUL SAYMIR

Yeni partiya yaratmaq səylərini davam etdirən Əli Babacanın cəbhəsində də inkişaflar var. Babacanın deputat transferinə müsbət baxmadığı məlum idi. “Gələnlər baqajı ilə gələcək. Seçki dövründə onlar bizə yük olacaq”.

Onun millət vəkili transferinə meylli deyil, ancaq bəzi fərdi danışıqlar apardığı məlumdur. Deyilənlərə görə, Babacan AK Partiyadan qopanlar şəklində bir partiya qurmaq əvəzinə, liberal, mərkəz-sağ və soldan yeni beyinləri sıralarına qatma niyyətindədir. Babacanın, bir növ, Ərdoğanı izlədiyi deyilir. Birlikdə yola çıxdıqları üçün Ərdoğan amilini daha çox nəzərə alacaq.

Bu arada, Babacanın partiya proqramı müzakirə olunmağa başlayıb. Parlament sisteminə əsaslanacaq Babacanın alternativ təkliflə ictimaiyyət qarşısına çıxacağı gözlənilir.

1.Parlament sistemini gücləndirmək.

2.Prezident sisteminə yenidən balans və nəzarət mexanizmləri vermək.

Onu önə çıxaran iqtisadiyyatdakı uğuru idi. İqtisadiyyatın yeni partiyanın ön məsələsi olacağı gözlənilir. Bununla birlikdə, deyilir ki, Babacan təkcə iqtisadiyyatı deyil, iqtisadiyyat üçün yol açan sistemli bir siyasi sistem təklif edəcək.

KİLİÇDAROĞLUNUN PLANI

Sol siyasət spektrində Kılıçdaroğlunun siyasəti fərqli bir “ox”a keçirmək səyləri ilə siyasi təcrübəsi arasında qarşıdurma var.

CHP bələdiyyə sədrlərinin arvadları, dostları və qohumlarına vəzifə vermək səylərindən bəhs edirəm. Bu dəfə daş qayaya rast gəlib. Sosial media CHP-li bələdiyyə başçılarının kabusuna çevrilib. Kim oğlunu, qardaşını, qohumunu vəzifəyə gətirirsə, dərhal özünü sosial mediada tapır.

Kılıçdaroğlunun bu cür vəzifəyə gətirmələrdən narahat olduğu bilinir. Afyon düşərgəsində “Qohumum olsa belə, qapıdan içəri buraxmaram”, – demişdi. CHP lideri 25 il sonra qazanılan müvəffəqiyyəti 25 gündə fövtə verməməyə qərarlıdır. Bunu “qırmızı xətt” elan edib.

Bəs Kılıçdaroğlu niyə bu qədər təpkilidir? Çünki CHP lideri siyasəti başqa nöqtəyə aparmaq niyyətindədir, kiçik xəyallar quranlar isə oğlu, qızı və qardaşına “gün ağlayır”.

Kılıçdaroğlu iqtidara qarşı olan bloku bir araya gətirə bilib. Yerli seçkilərdə bunun siyasi nəticəsini əldə edib. İndi 2023-cü ilə hazırlaşır. Siyasət dilini yumşaltmağa çalışır, daha çox mehribanlıq dilindən istifadə edir, erkən seçki fürsətçiliyi ilə məşğul olmur və “S-400” kimi beynəlxalq məsələlərdə hakimiyyəti dəstəkləyir.

Kılıçdaroğlu yeni bir oyun qurur. Müəyyən mənada “səbr siyasəti”.

ƏSAS İMAMOĞLUDUR?

Qurban bayramından sonra iqtidar cəbhəsində amansız mübarizə olacaq. Prezident Ərdoğan qurulacaq yeni partiyaları hədəf alacaq. Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacanı ümməti bölməkdə və xəyanətdə ittiham edəcək.

Yeni bir partiya quranlar isə tənqid oxlarını AK Partiyaya yönəldəcəklər. İki qab toqquşacaq. Biri qırılacaq, amma o biri çatlayacaq.

Kılıçdaroğlu pusquda durub, şəraitin yetkinləşməsini gözləyərək, erkən seçki istəmir.

Bu anda məqalənin əvvəlinə qayıdacağam.

Siyasətdə yeni bir oyun planı hazırlanır. Ərdoğan, Gül və Kılıçdaroğlu prezident şahmatını oynayır.

Pərdə arxasında baş verən hadisələrə baxanda, görəsən, yeni partiyalara prezident seçkilərində Ərdoğanı əngəlləmək rolu verilir və Əkrəm İmamoğlunun yolu açılırmı?

Tərcümə: Strateq.az

Sozcu.az