PSJ Neymarın qiymətini endirdi

PSJ yay tranafer pəncərəsi bağlananadək Neymarı satmaq istəyir.

Sozcu.az “sport.es”ə istinadən xəbər verir ki, bu səbəbdən Paris klubu braziliyalı hücumçunun təzminat qiymətini 2 dəfəyə qədər aşağı salıb.

Əvvəl Neymarı almaq istəyən klubdan 300 milyon avro tələb olunurdusa, indi bu məbləğ 180 milyon avrodur. Fransa klubu Neymarın qarşılığında heç bir futbolçunu istəmir. Onlar ancaq istədikləri məbləğ müqabilində Neymarı satmaq fikrindədir.

Xatırladaq ki, 2017-ci ildə “Barselona”dan 222 milyon avroya transfer olunan “sambaçı”nın yenidən Kataloniya klubuna qayıdacağı gözllənilir.(Qol.az)