“Proşenko dedi ki, Cənubi Osetya və Abxaziyanın Gürcüstanın olmayacağı ilə barışmalısan”- Saakaşvili

Ukrayna Prezidenti Pyotr Poroşenko 2014-cü ildə Krımın qarşılığında Avropa Birliyi və NATO üzvlüyünü əldə etmək istəyirdi.

Axar.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Mənim Poroşenko ilə söhbətim oldu və o mənə dedi ki, sən praktik olaraq Cənubi Osetiya və Abxaziyanın heç vaxt Gürcüstana geri qayıtmayacağı ideyasıyla barışmısan və indi biz də Krımın artıq Ukrayna olmayacağı ilə barışmalıyıq, amma biz bunu AB və NATO üzvlüyü ilə əvəz edə bilərik”, – deyə Saakaşvili bildirib.

O, Krımı itirməyin Ukraynanın AB və NATO-ya gedən yolunu qapadacağına əmin olduğunu ifadə edib, çünki ərazi ilə bağlı konflikt yaranıb.