Prokurorluq Gəncədəki əməliyyatla bağlı açıqlama yaydı

Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyatla bağlı açıqlama verib.

Qurumun Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək

Qeyd edək ki, Unikal.org Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Gəncə şəhərində əməliyyat keçirdiyi haqda məlumat yayıb. Məlumata görə, keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.

Facebook Comments