Problemli krediti olanların nəzərinə…

Yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcək.

Sozcu.az xəbər verir ki, palata bayram günlərində də siyahıların tam hazırlanıb başa çatması üçün iş aparıb. Hazırda siyahıların tərtibi yekunlaşmaq üzrədir. Yaxın günlərdə palatanın saytında siyahı açıqlanaraq vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev cari ilin fevralın 28-də devalvasiya nəticəsində vətəndaşların dollar və manat kreditlərinə güzəşt edilməsi ilə bağlı fərman imzalayıb.