Prezidentliyi uduzan Dodon Moskvaya gedir

Moldova Prezidenti İqor Dodon Rusiyaya səfər etməyə hazırlaşır.

Sozcu.az xəbər verir ki, bu məlumatı Dodon öz Feysbuk səhifəsində paylaşıb. O, Rusiya Prezident Administrasiya sədrinin müavini Dmitri Kozakla telefon danışığı aparıb, ona iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsində göstərdiyi səylərə görə təşəkkür edib.

Dodon Kozakın onu Rusiyaya dəvət etdiyini bildirib.

Qeyd edək ki, Dodon prezident seçkisində qərbyönlü Maya Sanduya uduzub.

Facebook Comments