“Prezidentliyə namizədliyimlə bağlı çağırışlar təxribat xarakterlidir” – Mübariz Mənsimov

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Azərbaycanda prezidentliyə namizəd olması barədə yayılan məlumatlara münasibət bildirib.

Sozcu.az xəbər verir ki, Mübariz Mənsimov yayılan bu cür çağırışların təxribat olduğunu deyib.

İş adamı özünün sosial şəbəkədəki hesabında yazıb: “Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönümlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur”.

“O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm. Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram. Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərketməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur. Bəziləri kimi arxadan oyun oynamıram”, – Mənsimov deyib.

“Mən hər zaman Prezidentimin, xalqımın yanındayam. Yediyim qaba tüpürmərəm, bəzi adamlar kimi… Demişəm, bu gün də deyirəm. İş adamı siyasətdən uzaq olmalıdır. İş adamı ancaq dövlətinin yanında olmaldır”, – açıqlamada qeyd olunur.

Facebook Comments