Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı məlumatlar – DTX-nın əməliyyatı və…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sozcu.az xəbər verir ki, R. Həsənov Azərbaycan ictimaiyyətinə uzun illərdir ki, tanışdır. Sonuncu dəfə o, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatda gündəmə gəlmişdi.

Qeyd edək ki, həmin əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılmışdı. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə və rüşvət almaqda ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilmişdi.

Daha sonra isə istintaqın gedişində Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynovun DTX-ya çağırılaraq saatlarla ifadə verdikləri haqda məlumat yayıldı.

Ramiz Həsənov 2004-cü ilə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilib. 2008-ci ildə agentlik komitəyə çevrilib və Ramiz Həsənov 2018-ci ilə qədər komitə sədri kimi fəaliyyət göstərib. 2018-ci ildə Xarici İşlər nazirinin müavini təyin olunub.

Qeyd edək ki, prezidentin bu gün imzaladığı digər sərəncamla R. Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Yenisabah

Facebook Comments