Prezidentin oğlu rüsvayçı vəziyyətdə kameraya yaxalandı – VİDEO

Ukrayna prezidenti Petr Poroşenkonun kiçik oğlu sərxoş halda videokameraya yaxalanıb. Sozcu.az-ın Bizimyol.info-ya istinadən xəbər verir ki, videodan görünür ki, prezidentin oğlu həddən artıq çox içib və özünü idarə edə bilmir. Ətrafdakı tay-tuşları isə onu ələ salırlar. “Atan gəldi”,- deyə onu sürüyüb stolun altından çıxarırlar. Arxa fonda isə kimsə deyir ki, “görünür Poroşenko oğlunun tərbiyəsi ilə yaxşı məşğul olmayıb”.

Bəzi mənbələr isə oğlanın içkili deyil, narkotik maddənin təsiri altında olduğunu iddia edib. Qeyd edək ki, Poroşenkonun özünün də spirtli içkilərə meylli olması barədə xəbərlər dolaşır.