“Prezidentin masasına, imzasına Qarabağ qazilərini qıymayan kimlərdir?” – MƏĞRUR BƏDƏLSOY

QARABAĞ DÖYÜŞÇÜLƏRİNƏ ÖGEYLİK NƏDƏN QAYNAQLANIR?
DÖYÜŞÇÜLƏRİ BAĞIŞLAMAQ OLARMI?

Axırı, bu Novruz gözlənilən əfv sərəncamı gözləntiləri doğrultdu. Ömürlük azadlıqdan məhrumedilənlərdən müddətli cəza əfvinə düşənlər də oldu, “ müddətdən artıq “ cəzalarla ömürlük həbsdənçıxmayacaqlarını gözaltı edənlər də azadlığına qovuşdu. Bircə Qarabağ döyüşlərində canlarınıqoyanlar prezident imzasından qıraqda qaldı . Növbəti dəfə! Nə Asif Yusifli, nə Babək Həsənli, nəƏfqan Muxtarlı, nə Saleh Rüstəmli, nə də ömürlük həbsə məhkum edilən “omonçu” lar yada düşdü.Deyə bilərsiniz, əfv komissiyasında “adamları” olmayıb? Axı, deyilənə görə, dindarların siyahıya salınmasında Şeyx Allahşükür Paşazadənin, qadınların əfv olunmasında Aynur Sofiyevanın əməyi az olmayıb. Bəs komissiyanın əlil üzvü , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin sədri Mehdi Mehdiyev döyüş yoldaşlarını niyə unudub? Bəs digər əlil, veteran qurumları, media orqanları niyə susur? Əlillərin problemlərini diqqətdə saxlayan “Tərəf.az” saytının başqanı Qazi Nurəddin Xocanın özünü etmədiyi cinayətə görə şərti cəzaya sürükləyirlər , “qazilər”in səsi çıxmır. Belə qazılıq-hakimlik, belə qazilik-məhkumluq olar?

Bu “omonçu”lar “ Hacının bandası”ndan da qorxulu oldular? 24 ildir cəza çəkirlər, bəs deyil?

Təxribatın qurbanı olan Seymur Həzinin siyahıdan qıraqda qalmasının nədəni də “döyüşçü ailəsi” statusu daşımasıdır. Döyüş dostumuz Tofiq Yaqublunun kəskin qınaqları kürəkəninin qapısının açılmasına hasar olub. Hələ bu qınağa görə özünü də kürəkəninə kamera yoldaşı etməyiblər, şükür. Ha baş sındırıram, Qarabağ döyüşçüərinə ögeyliyin nədən qaynaqlandığını tapa bilmirəm. Prezidentin masasına, imzasına Qarabağ qazilərini qıymayan kimlərdir? Qarabağ əlillərinin “qanpulu”su bir yana, vermirsiz -verməyin, heç olmasa, canlarının qazamatda çürüməsini bağışlamaq olmaz? !

MƏĞRUR BƏDƏLSOY

Sozcu.az