Prezident Ramil Usubovu vəzifədən azad etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sozcu.az sərəncamın mətnini təqdim edir:

Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.