Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi, yeni komissiya yaradılır:””Diqlas”ın sahibi cavab verəcək”

“Müraciətlər dövlət başçısına çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib”.

Sozcu.az xəbər verir ki,Bu sözləri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.

İcra başçısı bildirib ki, dəymiş zərərə görə icarədarlara kompensasiya veriləcək.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri müavini Hüseyn Mövsümov isə deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır: “Kompensasiya verilməsi ilə bağlı komissiya yaradılacaq, ziyan ədalətli şəkildə hesablanaraq dövlət tərəfindən ödəniləcək”.

PA rəsmisi, eyni zamanda, bildirib ki, “Diqlas”ın sahibi qanun qarşısında cavab verəcək.