Prezident büt deyil – Zelenski

Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
Sozcu.az xəbər verir ki, vəzifəsinin icrasına başlayan prezident mərasimdə nitqi ilə hər kəsi təəccübləndirib. Belə ki, Zelenski məmurlara, yüksək vəzifəli şəxslərə müraciət edərək, kabinetlərdə özünün şəklini görmək istəmədiyini bildirib:

“Mən istəyirəm ki, kabinetlərinizdə mənim şəklim, portretim olmasın. Çünki prezident, büt deyil! Prezident portret deyil. Ora öz ailənizin, uşaqlarınızın şəklini asın və hər hansı qərarı qəbul etməzdən əvvəl onların gözlərinə baxın”.