Prezident “Bakmil”dəki şəraitlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.

Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.