Praqmatik və realist xarici siyasət: Nə üçün Azərbaycanın strateji müttəfiqlərə ehtiyacı var?

Rüfət Əhmədzadə, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin beynəlxalq məsələlər üzrə eksperti, siyasi təhlilçi

AKTİV XARİCİ SİYASƏT ÖNLƏYİCİ STRATEGİYA KİMİ

Azərbyacan diplomatiyasının durğunluq dövrü adlandıra biləcəyimiz mövcud vəziyyət regionda və beynəlxaq münasibətlərdə gedən dəyişikliklər fonunda dəyişikliyə ehtiyac duymaqdadır. Xüsusən də Cənubi Qafqazda Ermənistanda baş verən 2018 ci ilin May inqilabı rəsmi Yerevanın ənənəvi Rusiya mərkəzli xarici siyasət aparmaqla yanaşı Ermənistanın xarici siyasət diversifikasiyasını tədrici formada apardığını göstərməkdədir. Nikol Paşinyan xarici siyasətin çoxşaxələndirilməsi məqsədilə, Avropa Birliyi üzv ölkələri, ABŞ, Kanada kimi global nüfuza malik güc mərkəzləri ilə Ermənistanın əlaqələrinin dərinləşdirilməsini prioritet hesa edir. Təbii ki, Rusiya ilə mövcud olan strateji-təhlükəsizlik əməkdaşlığına önəm verən Paşinyan höküməti anlayır ki, ölkə iqtisadiyyatının inkişafı, xarici investorların ölkəyə sərmayə yatırması, iqtisadi produktivliyin təmin edilməsi, işsizliyin aşağı salınması və bazar iqtidisadiyyatının qurulması üçün çoxşaxəli xarici siyasətə və müttəfiqlər qazanmağa ehtiyac vardır. Müttəfiqlərin qazanılması Dağlıq Qarabağ probleminin həlli proseslərində Ermənistanın mövqeyinin dəstəklənməsi üçün də zəruridir. Azərbyacanın digər bir qonşusu Gürcüstan isə öz təhlükəsizliyini təmin etmək üçün Avro-Atlantik məkana inteqrasiya kursu seçdiyindən azad dünyanın bir çox ölkələri ilə müttəfiqlik yaratmağa nail olmuşdur. ABŞ-ın İran rejiminə qarşı aparadığı maksimum təzyiq siyasəti Azərbaycanın cənub qonşusunda daxili siyasi dəyişikliyin baş verə bilmə ehtimalını artırdığından, İran rejiminin Azərbaycana təhlükəsizlik problemi yarada bilmə ehtimalı ilə birləşdikdə Azərbaycanın cənubdan gələ biləcək təhdidlərə cavab verə biləcək gücdə olmaması və strateji təhlükəsizlik müttəfiqlərinə sahib olmaması fonunda ölkənin yeni xarici siyasi kurs izləməsini zəruri edir. İran rejimi Cənubi Qafqazda ən yaxın münasibətlərə Ermənistanla malikdir və rəsmi Tehran hökuməti Azərbaycanla mövcud olduğu dəyişkən siyasi kursa iki önəmli faktor üzərindən yanaşır: İranın şimalında yaşayan və ölkədə ən böyük entik qrup olan azərbaycanlılar və Azərbaycan Respublikasının onların hüquqlarını dəstəklnməsində oynaya biləcəyi rol. Bu faktor İranın Ermənistanla yaxın münasibətlərini formalaşdırır və Azərbaycan hakimiyyətini müəyyən qədər İranla münasibətlərində əngəl faktoru kimi mülayim siyasi kurs izləməyə vadar edir. Bura Tehran rejiminin Azərbaycana ixrac etdiyi radikal şiə ekstremizmi də dolayı siyasi vasitə kimi də mərkəzi rol oynayır. Azərbaycanın İran siyasətində İsrail amili və İsrail ilə dərin siyasi-iqtisadi və strateji təhlükəsizlik müttəfiqliyini yaratması vacibdir. İran Azərbaycanlılarının siyasi təşkilatlarına verilə biləcək dəstək və onların məsələnin beynəlxaq müstəvidə qaldırılması da İranın müdaxilələrinə qarşı balans və əngəl yarada bilər. Rusiyanın Xəzər donanmasının yenilənməsi və qərargahlarının Azərbaycana yaxın Kaspiyskə köçürülməsi, rəsmi Bakıya sahil raket sistemlərini satmaqdan imtina etməsi fonunda Xəzərdə dominant qüvvəyə çevrilən Moskvanın İranla birgə dənizi Qərb dövlətlərinin çıxışına bağlaması məhz Azərbaycanın milli təhlükəsizlik maraqlarını təhdid edir. Rusiyanın Xəzər Donanmasının vaxtaşırı desant-enmə təlimləri keçməsi və İranla birgə keçirdiyi donanma təlimləri də narahatlıq doğuran amillərdəndir. Azərbaycanın Avropanın Rusiya qazından asılılığını aradan qaldıra biləcək resurslara malik olması, Putin Rusiyasını narahat etiyindən Xəzərdə Türkmənistan qazının sualtı boru ilə Azərbaycana çəkilrək Qərb bazarlarına göndərilməsini ehtiva edən Nabukko layihəsinə qarşı vaxtilə verdiyi bəyanatlar, Rusiyanın Azərbaycanın enerji siyasətində nüfuz əldə etməyə çalışdığına işarədir. Azərbaycanın öz xarici siyasətini yenidən nəzərdən keçirərək ABŞ və İsrail kimi dövlətlərlə hərbi-strtateji və siyasi müttəfiqlik yaradaraq, Rusiya-İran və Ermənistan alyansınıa qarşı balans və əngəl siyasəti yaratmalı olduğu qaçılmaz reallıqdır. Kiçik dövlət olan Azərbaycanın strtaeji müttəfiqlərə ehtiyacı çox böyükdür və mövcud avtoritar Əliyev rejiminin iflas etmiş “balanslı siyasət” kursunun artıq regional dəyişikliklərə cavan vermədiyi aydındır.

STRATEJİ MÜTTƏFİQLİYİ ZƏRURİ EDƏN FAKTORLAR

Beynəlxaq münasibətlər sistemində kiçik dövlətlərin bir sıra nəzərəçarpan çatışmazlıqları vardır ki, bu da onların digər böyük dövlətlərin malik olduğu diplomatik çevik siyasi kurs izləmə imkanlarından məhrum edir. Belə ki, kiçik əhaliyə sahib olma bu dövlətlərin struktur gücünü inkar edir və bununla da kompensasiya edilməli olan maneələr və həll edilməli olan unikal ehtiyaclar yaradır. Bir qayda olaraq beynəlxaq münasibətlər sistemində kiçik dövlətlərin tərifi verilərkən əsasən növbəti komponentlər əsas alınır: hərbi cəhətdən zəiflik hansı ki kiçik iqtisadiyyat və əhali məhdudiyyətləri təsiri ilə mövcud olur. Hərbi sənaye və texnologiyaların istehsalına məhdud vəsaitin ayrılması və yalnız qısa müddətli hərbi əməliyyatları aparma qabiliyyətinə malik olan kiçik dövlətlərin hərbi zəifliyi xarici təhdidlərə qarşı əngəl faktoru yarada bilməməsi bu tip dövlətləri xarici təhdidlərə qarşı həssas edir. Bir qayda olaraq kiçik dövlətlər xarici siyasət ehtiyaclarını qarşılamaq üçün beynəlxaq münasibətlər sisteminin sülh vəziyyətində olmasını və həmçinin öz təhlükəsizliklərini təmin edə bilmədiklərindən böyük dövlətlərin və beynəlxaq təşkilatların təhlükəsizlik qarantiyalarına ehtiyac duyurlar. Öz iqtisadi və təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün kiçik dövlətlərin görməli olduğu zəruri iş özləri və böyük dövlətlər arasında danışıqlarda güc assimetriyasını düzəltmək və diplomatik resurslarda mövcud olan boşluqları doldurmaqdır. Məhz Azərbyacanın yerləşdiyi həssas regionda kiçik dövlət kimi görməli olduğu iş zəruri fomada xarici siyasət dəyişikliyinə gedərən öz təhlükəsizliyini əsas alacaq xarici siyasət doktrinası yaratmaq və izləmək olmalıdır. Mövcud status ovo regional çağırışlar found artıq işləmir.

Sozcu.az