Pozuntulara görə cəzalandırandırlarsa… – Akif Qurbanov

“İndi də yeni nağıla başlayırlar? Pozuntulara görə cəzalandırandırlarsa, Avropa Məhkəməsi son 10 ildə seçki hüququnun pozulması ilə bağlı onlarla qərar verib, niyə icra edib cəzalandırmırlar, hələ də dirənirlər!”

Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyib.

“Ümumiyyətlə bu ölkənin”xəmirindəndir”, ya nədəndir bilmirəm, havaya üfürmək çox populyar və cazibəli bir yanaşmadır. Dərd orasındadır ki, rahat da qəbul olunur.
Təəssüf ki, ATƏT-in hesabatını də balanslı adlandırmağa xeyli əsasları var. ATƏT ekspertləri real vəziyyətə uyğun əhatəli hesabat hazırlasalar da, onu təqdim edən ODİHR və Missiya rəhbərliyi siyasi balans yaratmağa çalışdı. Hesabatın təqdimatı və Xülasə hissəsində istifadə olunan faktlar və dil üslübü siyasi münasibət üzərindən seçildi (2018 gərginliyinin təkrarlanmasını bəlkə də istəmədilər). Bu da hesabatın əsas hissəsində qeyd olunan vacib problemlərə kölgə salmağa manipulyativ imkanlar verir” – deyə Akif Qurbanov əlavə edib

Facebook Comments