Poroşenko üçün ən gərgin gün başladı

Bu gün Ukraynada prezident seçkiləri keçirilir.

Sozcu.az xəbər verir ki, prezidentlik uğrunda 39 namizəd mübarizə aparır. Sosioloqların qənaətinə görə, bu gün prezident seçmək mümkün olmayacaq və beləliklə, prezident seçkilərinin ikinci turu baş tutacaq.

Sorğulara əsasən, şoumen Vladimir Zelenski (30%) seçkilərdə liderlik edir. Daha sonrakı yerləri hazırkı Prezident Poroşenko (17%), keçmiş baş nazir, Batkivşina Partiyasının rəhbəri Yuliya Timaşenko (12,5%) və Həyat uğrunda – Müxalifət Platforması Partiyasının lideri Yuri Boyko (10%) tutur.

Hazırda separatçıların əlində olan Donbas ərazisində təxmini hesablamalara görə 7-10 milyon vətəndaş seçkilərdə iştirak edə bilməyəcək.

İlkin nəticələrin 1 apreldə bəlli olacağı ehtimal edilir.

Qeyd edək ki, bu gün Türkiyədə də bələdiyyə seçkiləri keçirilir.

Facebook Comments