Poroşenko erməni nazirlə böyük üsyan hazırlayır – Trofimçuk

Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenkonun ardıcıl şəkildə Dövlət İstintaq Bürosunun dindirilmələrinə gəlməməsi artıq Zelenskiyə qarşı üsyanın hazırlandığını göstərir.

Sozcu.az xəbər verir ki, bu sözləri məşhur rusiyalı siyasi şərhçi Qriqori Trofimçuk Rusiyanın “Rossiya-1” telekanalının efirindəki “Kim qarşıdır?” proqramında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Poroşenko məhz bunun üçün ümumi sayı 10 min nəfərdən artıq radikal qrupları maliyyələşdirəcək.

“Fəaliyyətdə olan Daxili İşlər naziri Arsen Avakov əvvəlki kimi Poroşenkonun kadrı olaraq qalır. Onlar fəaliyyətlərini koordinasiya edirlər. Lakin Avakov da tələsməlidir. Onun bütün sadiq müavinləri ardıcıl şəkildə əlindən alınır”, – Trofimçuk bildirib.