Populyar “Android” proqramlarında yeniləmədən sonra boşluqlar qalır

“Google Play” kataloqunda yerləşdirilmiş populyar proqramların yeni versiyaları eyni boşluqlara malikdir ki, cinayətkarlar da kodun uzaq məsafədən icrası yolu ilə hücumlar həyata keçirə bilərlər. Bu haqda informasiya təhlükəsizliyinin təmini texnologiyaları üzrə ixtisaslaşmış “Check Point” şirkətindən məlumat verilib.

İstifadəçilər rəsmi mağazalardan proqramı yükləyərkən düşünürlər ki, bu proqram təminatında artıq təhlükəsizlik problemi həll edilib, sonrakı çatışmazlıqlar isə yeniləmələrin çıxarılması ilə aradan qaldırılacaq. Ancaq bu, həmişə belə olmur.

Sozcu.az ictnews.az-a istinadən bildirir ki, “Google” proqramçıların yeniləmələrini izləmir və bu, istifadəçilər üçün təhlükəlidir.

Bu zaman hakerlər boşluqdan istifadə edərək qurbanın smartfonuna müdaxilə edə, bundan sonra yazışmanı, yaxud istifadəçinin olduğu məkan haqqında məlumatları ələ keçirə bilərlər.