Pompeodan sərhəd açıqlaması: Bizim qələbəmizdir!

Meksika ilə sərhəd məsələsində əldə edilən razılıq Amerikanın qələbəsidir.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Biz onların uğurunu təmin etmək üçün olduqca diqqətli şəkildə çalışacağıq”, – ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika ilə miqrantlar haqqında razılığa gəldiyini və bu ölkəyə tətbiq olunacaq gömrük rüsumlarının dayandırıldığını bildirmişdi.