Pompeo: Rusiyaya təzyiqlərimiz güclənəcək

ABŞ hakimiyyəti bundan sonra da ABŞ-da və onun müttəfiqlərinin ərazisində situasiyanı destabilizasiya etməyə cəhd edənlərin təzyiqlərdən gizlənə bilməməsi üçün çalışmağa davam edəcək.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“ABŞ çalışacaq ki, Yevgeni Priqojin (“Putinin aşpazı” ləqəbiylə məşhurdur – red.) və onun kimi adamlar gizlənə və ya destabilizasiya fəaliyyəti apardığı müddət ərzində özlərini rahat hiss edə bilməsinlər. ABŞ öz seçkisinə xarici müdaxiləyə dözməyəcək və demokratik prosesləri məhv etməyə çalışan hər kəsə təzyiq edəcək. Vaşinqton Moskvaya destabilizasiya yaradan qəbuledilməz aktivliyinə görə təzyiqlərini gücləndirəcək”, – deyə o bildirib.

Facebook Comments