Pompeo görüş öncəsi Putinə mesaj verdi

Rusiyadakı görüşlərim zamanı bir sıra vacib məsələlər müzakirə ediləcək.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Soçidə Rusiya rəhbərliyi ilə keçiriləcək görüşdən əvvəl Tvitter səhifəsində yazıb.

“Bəzi məsələlərdə razılaşa, bəzilərində isə razılaşmaya bilərik. Ancaq söhbət milli maraqlardan gedəndə gələcək inkişaf üçün yollar tapmaq bizim öhdəliyimizdir”, – Pompeo bildirib.

Qeyd edək ki, Pompeo Rusiyaya səfər edib.(Axar.az)